Terrorçular 28 türk sürücünü girov götürdülər
İraqda şimalında terrorçular 28 Türkiyə vətəndaşını girov götürülüb. APA TV-nin Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hadisə Mosul şəhərində baş verib. Türkiyədən Mosula mazut daşıyan sürücüləri İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının üzvləri girov götürüblər. Hazırda onların harada olduqları bəlli deyil.
Mosul valisi Esil Nuceyfinin sölərinə görə, İŞİD döyüşçüləri əhalisinin böyük hissəsi türklər olan Mosulun böyük bir hissəsini ələ keçiriblər. Onlar şəhərin digər hissəsini də tutmağa çalışırlar. İŞİD əhalinin işğal etdiyi yerləri tərk etməsini tələb edib, bununla bağlı anons da verib.
Silahlıların Baduş rayonunu da nəzarətə aldığı qeyd edilir. Onlar Baduş həbsxanasını hücum ediblər. Nəticədə həbsxanadan 3 min məhbus və məhkum qaçıb. Qaçan dustaqlar arasında əl-Qaidə və İŞİD rəhbərləri var.
Qeyd edək ki, İŞİD İraq və Suriya ərazisində fəaliyyət göstərir. İŞİD silahlıları Suriyada hökumət qüvvələrinə qarşı döyüşür.