DMX rəisi: "Əcnəbilərin Azərbaycan işləməsinə o halda icazə verilir ki..."
“Ötən il 575 nəfər Azərbaycan vətəndaşlığını qəbul edib".
APA TV-nin xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev bildirib. Təkcə bu il birinci rübündə 237 nəfər Azərbaycan vətəndaşlığını qəbul edib: "Müraciət edənlərin sayı çoxdur. Onların da müraciətinə da bu ilin sentyabr ayında baxılacaq. Bütün dövlətlərdən müraciət edənlər var. Avropa dövlətlərindən də, Şərq ölkələrindən də var. Hətta, bizim xaricidə yaşayan soydaşlarımız da var. Hansı ki, 1990-cı illərdən Azərbaycanı tərk etmiş, yaxın zamanlarda vətənə dönən şəxslərdir”.
Azərbaycanda 8700-ə yaxın qeyri-qanuni miqrantın yaşadığını deyən Firudin Nəbiyev bildirib ki, hər ay Dövlət Miqrasiya Xidmətinə 60-65 min nəfər xarici vətəndaş müraciət edir: “Əməkçi miqrantları cəlb etmək üçün ilk növbədə Azərbaycanda təsdiq olunmuş kvota var. Bu, keçən il 11 min 938 nəfər, bundan öncəki il 11 min 970 nəfər olub. Bu il təsdiq edilmiş kvota 12 min nəfərdir. Bunlar kimlərdir? Bunlar o şəxslərdir ki, həqiqətən Azərbaycanda bu iş yerlərinə bu kateqoriyadakı mütəxəssislər əgər yoxdursa, bu yerlərə ancaq işçi heyəti cəlb edə bilərlər".
Firudin Nəbiyevin sözlərinə görə, ölkədə işlətdiyi xarici vətəndaşları rəsmiləşdirməyən hüquqi və fiziki şəxslərə tətbiq olunan cərimələrin yaxın vaxtlarda artırılması planlaşdırılmır.