Bakıda 19 yaşlı oğlan 20 manata görə gecə klubunda qan tökdü
Paytaxtda gecə klubunda 1 nəfər bıçaqlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə Səbail rayonunun Nizami küçəsində qeydə alınıb. Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Ceyhun Şəfiyev Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Abid Murtuzova bıçaqla xəsarəti yetirib. Təqsirləndirilən şəxsin sözlərinə görə, Abid Murtuzov ona 20 manat borclu olub. Hər dəfə pulunu istəsə də, ala bilməyib. Bundan qəzəblənən Şəfiyev özü ilə bıçaq götürərək, tanışının işlədiyi gecə klubuna gəlib: "Gördülər içkiliyəm, qolumdan tutub çıxardılar. Yola verdilər, sonra çıxıb söyüş söydü, mən də vurdum".
Murtuzov xəstəxanaya yerləşdirilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırmalar davam edir.