Astarada azyaşlı həmkəndlisini bıçaqladı
Astarada bıçaqlanma hadisəsi baş verib. Ərçivan qəsəbəsində yetkinlik yaşına çatmayan Məhəbbət Həmdəmov həmkəndlisi Ümid Əlizadəni bıçaqlayıb. APA TV-nin xəbərinə görə, zərərçəkənin nənəsi Validə Məmmədova deyib ki, Ümid Bakıda işləyir, rayona imtahanlara görə qayıdıb. Evdə yeməyini yeyib və qəsəbəyə çıxıb. Axşam üstü xəbər gəlib ki, o, dükanın qabağında yıxılıb, üst-başı qan içindədir: "O qədər qan itirmişdi, halı yox idi danışmağa. Anası dedi, kim elədi. Oğlanın adını dedi - Məhəbbət".
Hadisəni törədən şəxs hələki saxlanılmadığından, səbəbi məlum deyib.
Müstəntiq Gündüz Abdulov deyib ki, hazırda onun tutularaq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İlkin ehtimala görə, hadisəyə gənclər arasındakı mübahisə səbəb olub.
Faktla bağlı cinayət işi başlanıb.