Slavyansk separatçıları arasında parçalanma: "xalq meri" tutuldu

Ukraynanın Donetsk vilayətindəki Slavyansk şəhərinin qondarma "xalq meri" Vyaçeslav Ponomoryov həbs edilib. Onun həbsi barədə göstərişi separatçıların silahlı dəstələrinin komandiri İqor Strelkov verib.

Məlumata görə, Vyaçeslav Ponomoryov təhlükəsizlik xidmətinin separatçıların qərargahı kimi istifadə edilən binasına aparılıb.

Donetskdəki qondarma "respublika"nın nümayəndələri isə Vyaçeslav Ponomoryovun İqor Strelkovun əmri ilə qərargaha aparıldığını təsdiqləsələr də, onun hələ həbs olunmadığını bildiriblər.

Qeyd edək ki, İqor Strelkov bir qədər əvvəl Vyaçeslav Ponomoryovun mühafizəçilərinin tərksilah edilməsi göstərişini vermişdi. Silahlı separatçıların komandiri qondarma "xalq meri"ni səlahiyyətlərindən sui-istifadədə günahlandırılıb.

İqor Strelkovun daha bir əmri isə talançılıqla məşğul olan iki silahlının güllələnməsi barədə olub.

 

 

Müəllif | Apa.Tv