Türkiyədə daha bir general azadlığa çıxdı

Türkiyədə istefada olan daha bir general həbsdən buraxılıb. APA TV-nin məlumatına görə, ordu generalı Hurşit Tolon məhkəmə qərarı ilə Silivri həbsxanasından azad edilib.

 

Hurşit Tolon "Ergenekon" işi üzrə azadlığa buraxılmalı olsa da, "Zirvə" yayım evi ilə bağlı işdə də təqsirləndirildiyi üçün azadlığa buraxılmamışdı. Nəhayət, ötən gün məhkəmə onun bu iş üzrə də həbsdən buraxılması ilə bağlı qərar qəbul edib.

 

Qeyd edək ki, ordu generalı hökuməti devirməyə cəhd ittihamı ilə 2008-ci ilin iyulunda həbs edilmiş və 2009-cu ilin fevralında azadlığa buraxılmışdı.

 

72 yaşlı Hurşit Tolonun Türkiyə Silahlı Qüvvələrindəki son vəzifəsi Egey ordusunun komandanı postu olub.

 

Müəllif | Apa.Tv