9-сu sinif şagirdləri üçün buraxılış imtahanın nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 8-də orta ümumtəhsil müəssisələrinin 9-сu sinif şagirdləri üçün buraxılış imtahanın nəticələrini açıqlayıb. APA TV-nin xəbərinə görə, nəticələr iyun ayının 10-da saat 21:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər. Buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavabların sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alır.  

Müəllif | Apa.Tv
Apa.tv