“Mercedes” “VAZ 2107” ilə toqquşdu: 6 yaralı

Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Muxtadır qəsəbəsində baş verib. Xaçmaz rayon sakini, 30 yaşlı Polad Qiyasovun idarə etdiyi “Mercedes” markalı avtomaşınla Sumqayıt şəhər sakini, 28 yaşlı Tural Məhsimovun idarə etdiyi “VAZ 21 07” markalı avtomaşın toqquşub.

 

Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar – 28 yaşlı Güllü Ağasıyeva, Quba rayon sakini, 25 yaşlı İlahə Məmmədova, Sumqayıt şəhər sakini, 7 yaşlı Əlibaba Ağasıyev, Sumqayıt şəhər sakini, 28 yaşlı Tural Məhsimov, Xaçmaz rayonu, Seyidli kənd sakini, 22 yaşlı Mənsur Ağasıyev, Polad Qiyasovdur.

 

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. “Mercedes”in sürücüsünə ilkin tibbi yardım olunduqdan sonra evə buraxılıb. Digər xəsarət alan 5 nəfər isə stasionar qaydada müalicələrin davam etdirirlər.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

Müəllif | Apa.Tv
Vəli Turan