Buraxılış imtahanında "2" alan şagirdlərin sayı açıqlandı

Buraxılış imtahanında XI sinif şagirdlərinin 1746-sı “Ana dili”, 2674-ü isə “Riyaziyyat”dan “2” qiyməti alıb. Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından APA TV-yə verilən məlumata görə, buraxılış imtahanında 39 731 IX sinif şagirdi iştirak edib. Onlardan 6728-i “Ana dili”, 9052-si isə “Riyaziyyat” fənnindən “5 qiyməti alıb. Şagirdlərin 11 057-si “Ana dili”, 9393-ü “Riyaziyyat” fənnindən “4”, 17 138-i “Ana dili”, 14785-i “Riyaziyyat” fənnindən “3”, 4808-i “Ana dili”, 6501-i isə “Riyaziyyat” fənnindən “2” qiyməti əldə edib.

 

İyunun 8-də 11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatlara gəlincə, imtahanlarda 29 869 XI sinif şagirdi iştirak edib. Onlardan da 7616-sı “Ana dili” 6943-ü “Riyaziyyat” fənnindən “5”, 10 761-i “Ana dili”, 11 997-si “Riyaziyyat” fənnindən “4”, 9746-sı “Ana dili”, 8255-i “Riyaziyyat” fənnindən “3”, 1746-sı “Ana dili”, 2674-ü isə “Riyaziyyat” fənnindən “2” qiyməti alıb.

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova