İran-Azərbaycan sərhədində təhlükəli virus yayıldı

Qonşu İran İslam Respublikası ərazisində, iri və xırda buynuzlu heyvanlar arasında “Nadulyar Dermatik” adlı virus xəstəliyinin aşkarlanması Lerik baytarlıq idarəsini hərəkətə keçirib. APA TV-nin məlumatına görə, həmin virusun yayılma ehtimalı böyük olduğundan DBX-nin göstərişinə əsasən bütün sərhəd məntəqələri tam nəzarətə götürülüb. Bu gündən baytarlıq idarəsi monitorinqlərə başlayıb. Sərhədyanı kəndlərdə dezinfeksiya və vaksinasiya işlərinə başlanılıb. İdarə, həm də bir neçə gündür ki, xırdabuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı REV - 1, iribuynuzlularda isə Leptosiroz xəstəliyinə qarşı vaksinasiya işlərinə start verib. Bu günə kimi rayon ərazisində, heyvanlarda qarayara, dabaq xəstəliyinə qarşı vaksinasiya başa çatıb.

 

Müəllif | Apa.Tv