Mançini “Galatasaray”dan getdi!


“Galatasaray”da Roberto Mançini dövrü bitdi. APA TV-nin məlumatına görə, klub rəhbərliyi Roberto Mançini ilə yolları ayırmaq barədə qərar qəbul edib. Qərar tərəflər arasında qarşılıqlı anlaşma nəticəsində qəbul olunub. Artıq Mançininin “Galatasaray”dan getməsi barədə xəbər klubun rəsmi saytında yerləşdirilib. Qeyd edək ki, Roberto Mançini “Galatasaray”a ötən il baş məşqçi gətirilmişdi. O bu posta Fatih Terimin milli komandaya baş məşqçi getməsindən sonra gəlib. İtalyan məşqçinin “Galatasaray”la tək uğuru Türkiyə kubokunu qazanması olub. “Galatasaray”a kimin rəhbərlik edəcəyinə yaxın vaxtlarda aydınlıq gətiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv