Mingəçevirdə faciə: ata və 24 yaşlı oğlu öldü
Mingəçevirdə ağır yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, minik maşını ilə motosikletin toqquşması nəticəsində 2 nəfər hadisə yerində, 1 nəfər xəstəxanada dünyasını dəyişib. Ölənlərin ikisi ata-baladır. Hadisə gecə saatlarında şəhərin Nərimanov prospektində qeydə alınıb. 31 yaşlı Ruslan Ərəbovun idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə 52 yaşlı Şofiq Mustafayevin idarə etdiyi "İJ" markalı motosiklet toqquşub. Güclü oqquşma nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Motosiklet yanaraq, parça-parça olub. Ölənlər motosikletin sürücü və sərnişinləridir. Onlar 52 yaşlı Şofiq Mustafayev, onun oğlu 24 yaşlı Rasim Mustafayev və Mingəçevir sakini, 16 yaşlı Mirsahib Səfərovdur. Faktla bağlı polis şöbəsində araşdırma aparılır.