Nazir müavini: "Donetskdə 220 nəfər ölüb"
Ukraynanın şərqindəki Donetsk vilayətində döyüşlərin başlanmasından bu günə kimi 220 adam ölüb. APA TV-nin xəbərinə görə, bunu Ukrayna səhiyyə nazirinin birinci müavini Ruslan Salyutin bildirib. Onun sözlərinə görə, ölənlərdən 15-i qadın, 2-si azyaşlıdır. Hələlik 14 yaşlı oğlan uşağının kimliyi məlum deyil.
Ölənlərin sayının rəsmi statistikada göstəriləndən xeyli çox olması ilə bağlı ünvanlanan suala cavab verən nazir müavini deyib ki, nazirlik yalnız xəstəxanada protokol əsasında olan cəsədlərin sayını deyə bilər. Onun sözlərinə görə, hazırda tibbi yardım üçün 1200-dən çox insan müraciət edib. Onlardan 150-si hazırda xəstəxanalarda müalicə olunur. Ölən şəxslərinin hansının terrorçu olmasına gəlincə Ruslan Salyutin: "Biz bu barədə heç nə deyə bilmərik. Həkim üçün bu o , qədər də vacib deyil".
Döyüşlərin davam etdiyi ərazilərdə insanlara yardım göstərən həkim briqadalarına lazımı tibbi avadanlıqların göndərildiyini deyən Ruslan Salyutin bildirib ki, hazırda Donetsk vilayətində 10 xəstəxana fəaliyyətin dayandırıb, Luqanskda isə bütün xəstəxanalar gücləndirilmiş rejimində fəaliyyət göstərir. Slavyansk və Kramatorskda isə təcili tibbi yardım maşınlarının hərəkətinə ciddi maneçilik törədilir.