Terrorçular Mosuldakı Türk konsulluğuna hücum edib, diplomatları girov götürdülər

İraqın Mosul şəhərini işğal edən "İraq Şam İslam Dövləti" (İŞİD)  terrorçuları Türkiyənin baş konsulluğuna hücum ediblər. "Milliyet"-in xəbərinə görə,  900-dən çox silahlının iştirak etdiyi hücum nəticəsində konsulluq ələ keçirilib. Baş konsul Öztürk Yılmaz və konsulluqda olan bütün türk diplomatlar əsir götürülüb. Konsulluğu Özəl Hərəkət Polisi qoruyurmuş.

 

Ərbilə qaçmağa nail olan Mosul valisi Useyil Nuceyfi jurnalistlərə açıqlamasında bildirib ki, türk diplomatlara konsulluğu tərk etmək təklif olunub. "Ancaq Mosul baş konsulu tarixə düşəcək bir hərəkətlə "yerimizdə qalmağı seçirik" dedi" - deyə o, bildirib.

 

İŞİD hadisə ilə bağlı açıqlama verib. Terrorçular türk diplomatları girov götürdüklərini və naməlum yerə aparacaqlarınlı deyiblər.

 

Qeyd edək ki, İŞİD terrroçu qruplaşması ötən gün Naynava əyalətini və Mosul şəhərini ələ keçirib. Terrorçular Türkiyə vətəndaşı olan 32 yük maşını sürücüsünü girov götürüblər.

Müəllif | Apa.Tv
Apa.tv