Qasırğa Daşkəsəni də vurdu!

Qərb bölgəsində baş verən güclu dolu və qasırğa Daşkəsən rayonunda bir sıra fəsadlar yaradıb. Bu barədə APA TV-nin qərb bürosu məlumat verib. Nəticədə rayonun Əmirvar, Gurbulaq, Zəylik, Quşçu, Bayan kəndlərində, Daşkəsən, Mədənçilər, Alüminumdağ qəsəbələrində fərdi yaşayış evlərinə, elektrik və digər infrastruktura ciddi ziyan dəyib. Rayonun 12 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayandırılıb.

 

Dolunun yağması ilə  ev quşları və yaylaqda olan xırda buynuzlu heyvanlar tələf olub. Rayon sakinlərinin avtomobilləri də dolu nəticəsində ciddi ziyan görüb. Nəqliyyat vasitələrinin şüşələri sınıb, dəmir hissə isə dolunun zərbəsindən əyilib. Hazırda sözügedən ərazilərdə enerji verilişinin bərpası istiqamətində iş aparıldığını bildirən komissiya rəhbəri qeyd edib ki, bəzi kəndlərə gedən yollarda leysan nəticəsində maneələr yaranıb. Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayevin sözlərinə görə hazırda qasırğanın fəsadları aradan qaldırılır, rayona dəyən ziyan müəyyənləşdirilir. 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli