Azərbaycanda daha bir DOĞUŞ FACİƏSİ

Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı baş verib. APA-nın xəbərinə görə, hadisə bu gün Sabirabad rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb.

Saatlı rayon sakini, 19 yaşlı Gülbəniz Məhərrəmova bu gün xəstəxanada təbii doğuşla qız uşağı dünyaya gətirib. Yeni doğulan uşaq bir saatdan sonra xəstəxanada ölüb.

Xəstənin qohumlarının APA-ya verdiyi məlumata görə, Gülbəniz Məhərrəmova ötən gün  rayon ərazisində yerləşən özəl klinikada  ultrasəs müayinəsində keçib və həkimlər onlara hamilə qadının və dölün vəziyyətinin tam normal olduğu bildiriblər. Sabirabad Rayon Mərkəzi Xəstəxanasından  APA-ya bu barədə məlumat verilməyəcəyi bildirilib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı