Cəlilabadda yol qəzası: 2 yaralı

Cəlilabadda 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəza hadisəsi baş verib.  APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara Alar kəndindən keçən hissəsində qeydə alınıb. Şirvan şəhər sakini Zabil Əliyevin idarə etdiyi "Daewo" markalı minik avtomobili Lənkəran rayon sakini Tofiq Babayevin idarə etdiyi “VAZ-2107” ə çırpılıb. Güclü zərbədən “VAZ 2107”-nin sürücüsü və onun yanındakı sərnişin   müxtəlif dərəcəli bədən xəsarətləiri ilə xəstəxanaya yerləşdirilib. Həmçinin hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı  Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv