Dolu və qasırğa Göygölün 7 kəndində fəsadlara yol açıb

Qərb zonasında hökm sürən dolu və qasırğa Göygöl rayonuna da fəsadlarla müşahidə edilib. APA TV-nin məlumatına görə, rayon icra hakimiyyəti başçısının müavini Rauf Nəsirovun APA TV-yə verdiyi məlumata görə, rayonun Zurnabad, Şəhriyar, Çaykənd, Yenizod, Toğana, Quşçu, Qarabulaq kəndlərinə düşən dolu evlərin dam örtüklərini zədələyib, sel suları yolları yuyub.

 

Göygöldə dolu və sel fərdi evlərlə yanaşı, avtomobillərin üzərinə də düşərək maşınları zədələyib. Bundan başqa istirahət mərkəzləri və digər obyektlərin dam örtükləri yararsız hala düşüb.

 

Məlumata görə sel suları dağlardan yuyulub gələn çınqıl və daş parçalarını evlərə və yola töküb. Texnika kəndlərdə yolların təmizlənməsi işlərinə cəlb olunub.  Fəsadların aradan qaldırılması istiqamətində iş gedir.

 

Müəllif | Apa.Tv