Orucəli Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib

Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfər edib. APA TV-nin məlumatına görə, şəhər icra hakimiyyətinin başçısı ilə birlikdə Bakıdan gələn komissiya təbii fəlakətdən ziyan çəkən evlərə baş çəkib, dəymiş ziyanla  yerindəcə tanış olublar. Komissiyanın üzvləri dəyən ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görüblər. Təbii fəlakətdən ziyan çəkən vətəndaşlara bildirilib ki, dəyən ziyan tez bir zamanda aradan qaldırılacaq. Komissiyanın üzvləri yerindəcə aktlar tərtib edib, vətəndaşların evləri siyahıya alınıblar.

Gəncədə vətəndaşların mənzillərinə dəyən ziyanın məbləğinin  1 həftə ərzində açıqlanacağı bildirilir.

 

Müəllif | Apa.Tv