Avropa Oyunlarına 1 il qalması münasibətilə möhtəşəm gecə təşkil olunub

Bakıda keçiriləcək  2015 ilk Avropa Oyunlarına 1 il qalması münasibətilə möhtəşəm gecə təşkil olunub.

 

APA TV-nin  məlumatına görə, Bakı Bulvarında Azərbaycanın tarixi oyunlara ev sahibliyi etməsi münasibəti ilə keçirilən tədbirdə paytaxt sakinləri iştirak ediblər. Gecədə su üzərində lazer şou göstərilib. Eyni zamanda paytaxt sakinlərinin və şəhərimizin qonaqları üçün açıq hava altında diskotekta təşkil olunub.

Təşkilatçılardan APA TV-yə bildirilib ki, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən oyunlara qədər bu tipli tədbirlər keçiriləcək. Avropa Oyunlar 19 idman növü üzrə olmaqla və 20 müxtəlif idman obyektlərində 320-dən artıq idman sessiyaları baş tutmaqla 2015-ci ilin 12 iyun tarixindən 28 iyun tarixinə kimi davam edəcək.

Oyunlar Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, “Baku Crystal Hall”, “Sərhədçi” İdman Kompleksi, Əl Oyunları Sarayı, 8-ci Kilometr stadionu, Güllə atıcılığı stendi, Bakı Ekspo Mərkəzində, Su İdman Növləri Mərkəzi və Gimnastika Kompleksində keçiriləcək. Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya Stadionunda təşkil olunacaq.

 

Tədbirində sonunda möhtəşəm atəşfəşanlıq olub.

Müəllif | Apa.Tv
Apa.tv