Lənkəranda iki qardaş çayda böğuldu

Lənkəranda iki qardaş çayda çimərkən boğulub. APA TV-nin xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Cənub Dalğıc Qrupunun rəhbəri İlkin Ağayev bildirib ki, Lerik rayon sakinləri olan iki qardaş – 21 yaşlı Şadman və 23 yaşlı İlqar Zakir oğlu Əsgərovlar ötən gün axşam saatlarında Lənkərançayın rayonun Velədi kəndindən keçən ərazisində, nəzarət olunmayan yerdə balıq tuturkən batıb.

 

FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Cənub Dalğıc Qrupunun dalğıclarının səyləri ilə qardaşların meyiti batdığı yerdən, təxminən, 6 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv