Naxçıvanda hərbi maşın qəza törətdi: 5 ölü, 3 yaralı

Naxçıvanda dəhşətli yol qəzası olub, 5 nəfər ölüb, 3 nəfər yaralanıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Muxtar Respublikanın Kəngərli rayonu istiqamətində hərəkət edən KamAZ markalı hərbi maşın minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik maşınında olan 7 nəfərdən 5-i hadisə yerində ölüb. Digər 2 nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ölənlərin arasında azyaşlı da var. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, qəza zamanı yük maşınından olan hərbi qulluqçulardan biri yüngül xəsarət alıb.

 

Müəllif | Apa.Tv
Apa.tv