Türkiyə xüsusi təyinatlıları tam hazır vəziyyətə gətirildi

NATO İraqın Mosul şəhərindəki Türkiyəli diplomatların İraq Şam İslam Dövləti terrorçuları tərəfindən girov götürülməsi ilə bağlı fövqəladə iclas keçirib. APA TV-nin xəbərinə görə, iclasda çıxış edən Türkiyənin NATO-dakı daimi nümayəndəsi Fatih Ceylan Mosuldakı hadisələrin necə reallaşması ilə geniş məlumat verib. O, hələlik Türkiyənin qurumda hərbi səviyyədə bir tələb irəli sürmədiyini bildirib. NATO-dan bildirilib ki, qurum hadisələri yaxından izləməyi davam edəcək.

 

Eyni zamanda ABŞ rəhbərliyi İraqın Mosul şəhərindəki Türkiyənin Baş Konsulluğuna təşkil edilən hücumu qəti şəkildə pisləyib və Türkiyə vətəndaşlarının girovluqdan azad edilməsi üçün köməklik etməyə hazır olduğunu bildirib. Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bəyan edib ki, “İraq Şam İslam Dövləti” terror təşkilatının hücumlarından sonra İraqda vəziyyət kəskin dərəcədə pisləşib.

ABŞ-da səfərdə olan və bu hadisə səbəbindən səfərini yarımçıq saxlayaraq Türkiyəyə qayıdan ölkənin xarici işlər naziri Əhməd Davudoğlu baş verən hadisəyə sərt münasibət bildirib: "Heç kim Türkiyənin qüdrətini yoxlamasın". STATIN SONU. Nazir həmçinin Mosuldakı diplomatik missiyanın təhlükəsizliyinin İraqın məsuliyyətində olduğunu qeyd edib.

 

Bu arada Mosul şəhərindəki türkiyəli diplomatların İraq Şam İslam Dövləti terrorçuları tərəfindən girov götürülməsi xəbərindən sonra Türkiyənin Xüsusi Təyinatlı Qüvvələri tam hazırlıq vəziyyətinə gətirilib.

 

Müəllif | Apa.Tv