Bu çimərlikdə dənizə girmək qorxuludur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yararsız çimərliklərin adlarını açıqlayıb. Monitorinqin nəticələrinə görə, təmizləyici qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Bura Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik əraziləri daxildir. Bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan çoxdur.

 

APA TV-nin xəbərinə görə, bildirilib ki, 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Aparılan tədqiqatlara əsasən, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan və Hövsan çimərliklərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.

 

Müəllif | Apa.Tv