“Mercedes” hasara çırpıldı, sürücü öldü

Quba rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Əliqulu Nərimanov küçəsində qeydə alınıb. Quba rayon sakini 53 yaşlı Vaqif Xəlilbəyovun idarə etdiyi "10 SK 791" dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil yoldan çıxaraq, yaşayış evinin daş hasarına çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

 

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan