Masallıda faciə: 3 yaşlı qız anasının gözü qarşısında öldü

Masallıda faciə baş verib, 3 yaşlı körpə qız çayda boğulub. APA TV-nin xəbərinə görə, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb. Zəhra Əli qızı Qasımzadə evlərinin qarşısından keçən Viləşçayın qolunun yanında oynayarkən ayağı sürüşüb və çaya düşüb. Sürətli su onu aparıb. Yanında olan qardaşı Hüseyn bacısının suya düşdüyün görərək özünü çaya atıb. Su onu da aparıb. Qışqırıq səsinə çıxan evlərində olan qohumları özünü çaya ataraq Hüseyni xilas edib, Zəhraya isə çata bilməyib. Anası Həbibə çay boyu qaçıb və Zəhranı təxminən 1 km uzaqlıqda tapıb. Tapılarkən Zəhrada həyat əlamətləri olsa da, sonradan keçinib.

Masallı rayon prokurorluğunun əməkdaşları hadisə yerinə gəliblər. Faktla bağlı araşdırmaya başlanıb.

Müəllif | Apa.Tv