Nazir müavini: " Bakı-Tiflis-Qars dəmir yolunda gediş haqqı..."

"Gələn il istifadəyə verilməsi nəzərdə tutulan Bakı-Tiflis-Qars dəmir yolunda gediş haqqı təyyarə ilə müqayisədə daha ucuz olacaq". APA TV-nin məlumatına görə, nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə deyib ki, bu ilin oktyabrında ilk işçi qatar Türkiyə ilə sərhədə qədər gedəcək. 2015-ci ildə üç ölkə arasında xətləri birləşdirəcək və hərəkəti təşkil ediləcək.

 

“Əlbəttə ki, vaxt baxımından təyyarə daha sürətlidir və insanlara sərf edir. Amma istirahət və rahat getmək istəyən insanlar üçün də elə tariflər müəyyənləşdiriləcək ki, bu marşrutdan istifadə etmək onlara da əlverişli olsun”.

 

Dəmir yol kənarında tikilən evlərin sökülməsi məsələsinə gəlincə, nazir müavini deyib ki, tikililər zaman-zaman söküləcək. Musa Pənahovun dediyinə görə, bu təhlükəsizliklə bağlıdır. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı