Türk diplomatlar girovluqdan xilas oldular

İŞİD-in girov götürdüyü Türkiyənin Mosuldakı baş konsulu Öztürk Yılmaz başda olmaqla konsulluğun üzvləri şəhərin valisinə təslim edilib. APA TV-nin "Yeni Şafak"a istinadən verdiyi xəbərə görə, girovlar Mosul Valisinin evinə aparılacaq. Onların axşam saatlarında Türkiyəyə göndərilməsi gözlənilir. Məlumatlara görə konsulluğun əməkdaşları dünəndən bəri valiliyin binasında saxlanılıb. Qeyd edək ki, İŞİD terrorçu qruplaşması Mosul şəhərini tutduqdan sonra Türkiyə konsulluğuna Mosul valisi tərəfindən şəhərdən çıxmaq barədə təklif edilsə də baş konsul Öztürk Yılmaz bununla razılaşmayıb. Bir müddət sonra isə İŞİD 900-dən çox silahlının iştirak etdiyi hücumla konsulluğu tutub. Hadisələrdən bir müddət öncə Türkiyədən konsulluğa göndərilən 30-a qədər xüsusi təyinatlı polisin mübarizə aparmadan təslim olması barədə məlumatlar yayılmışdı. Bu arada İŞİD-in girov götürdüyü 32 türkiyəli TIR sürücüsünün də sərbəst buraxıldığı barədə məlumat yayılıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı