Əlbir olub çilingər bir müəllim ilə - DƏLƏDUZLUQ
Saatlıda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb. Özəl şirkətdə elektrik çilingəri kimi çalışan Nazim Əliyev orta məktəbdə fizika-riyaziyyat müəllimi işləyən Kamil Paşayevlə əlbir olaraq təqaüd düzəltmək adı ilə Saatlı rayon sakinlərindən pul alaraq onları aldadıblar. Müxtəlif vaxtlarda aldadılan çoxsaylı şəxslərdən biri - Zahir Məmmədov Saatlı rayon Polis Şöbəsinə müraciət edərək Əliyev Nazim və Paşayev Kamil tərəfindən aldadıldığı barədə müraciət edib. Adları çəkilən şəxslər şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Araşdırma zamanı məlum olub ki, onlar digər şəxsləri də aldadıb.
"Mənim o işdən xəbərim yoxdur. Mən heç kimə heç bir sənəd təqdim etməmişəm".
"Mənim onlardan xəbərim yoxdur, Nazim bilir. Yuxarı ilə əlbir olan da Nazimdir. Mən bilmirdim. Elə bilirdim pensiya kartıdır. Axırda bildim ki, saxtadır".
İstintaq zamanı Nazim Əliyevin əvvəlcə öz şəriki olan Kamil Paşayevə iş düzəltmək təklif etməsi aydınlaşıb. Kamil isə Nazimə inanaraq onunla iş görməyə razılıq verib. Bu minvalla onlar müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərdən pul alaraq onlara təqaüd düzəltmək barədə söz veriblər.
"Faktla bağlı tərəfimizdən 178.1 , 178.2.2. 178. 2.4 cinayət işi başlanaraq istintaq aparılır".
İstintaq zamanı digər aldadılan şəxslərin də kimliyi ortaya çıxıb. Məlum olub ki, dələduzluqla məşğul olan şəxslər 20-yə yaxın sakini aldadıb. Həmin şəxslərin də ifadəsi alınaraq cinayət işinə əlavə edilib.