Dünyada futbol bayramı başladı
Braziliyada futbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib. San-Pauludakı "Korintians" stadionundakı açılış mərasimi ənənəvi mərasimlərdən daha qısa sürüb.
Mərasim ənənəvi Braziliya rəqsləri və musiqiləri ilə müşayiət olunub. Braziliya karnavallarını xatırladan şounun quruluşçuları arasında təkcə braziliyalı yox, həm də belçikalı mütəxəssislər olub.
Rəsmi himnin səsləndirilməsindən əvvəl çempionatın ev sahibi Braziyanın dövlət bayrağı meydana gətirilib.
Mərasim Cenifer Lopes, Pitbul və Klaudiya Leyttenin mahnısı ilə bitib.