Luçesku "Qalatasaray" yolunda! RƏSMİ AÇIQLAMA
Türkiyənin "Qalatasaray" klubunun baş məşqçi vəzifəsindən gedən Roberto Mançininin yerinə Donetsk "Şaxtyor"unun baş məşqçisi Mirça Luseskunu gətirmək niyyətində olduğu rəsmən təsdiqlənib. Klubun prezidenti Ünal Aysal məlumat verib ki, təkliflər rumıniyalı mütəxəssisə çatdırılıb və onun bazar ertəsi cavab verəcəyi gözlənilir: "Biz üstünlüyü Luseçkuya verdik. Onun "Şaxtyor"la daha bir illik müqaviləsi var. Amma klub prezidentinin razılığı ilə "Qalatasaray"a gələ bilər. Onun gələn həftənin bazar ertəsinə qədər bizimlə əlaqə yaradacağını gözləyirik"
Ünal Aysal deyib ki, ötən ilin sentyabrında baş məşqçi seçimi edərkən buna hazırlıqlı olmayıblar. Amma bu dəfə "Qalatasaray" daha rahat şəkildə baş məşqçi axtara bilər. Klub prezidentinin sözlərinə görə, "Qalatasaray"ın layiq olduğu baş məşqçi yaxın 10-15 gün ərzində İstanbulda olacaq.
Ünal Aysal Mirça Luçeskunun "Qalatasaray" camiəsində çox sevildiyini də bildirib: "Luçesku keçmişdə "Qalatasaray"a dəyərli xidmətlər göstərib. Amma çempion olduğu il klubdan haqq etmədiyi şəkildə ayrılmışdı. Bu baxımdan, tərəfdarlarımızın könlü Luçeskunun gəlməsindən yanadır".
"Qalatasaray" prezidenti baş məşqçiliyə namizədlərin siyahısının geniş olduğunu bildirsə də, Mustafa Dənizlinin maraq dairəsində olmadığını bəyan edib.