Sərxoş sürücü zəncirvari qəza törətdi: 2 yaralı

Bakıda içkili vəziyyətdə sükan arxasına keçən sürücü zəncirvari qəza törədib. APA TV-nin məlumatına görə, Azadlıq prospekti ilə şəhər mərkəzi istiqamətində hərəkətdə olan VAZ-2104 markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşını qarşıda hərəkət edən "Tofaş" markalı avtomobilə çırpıb. Toqquşmadan sonra avtomobillər "Mazda" və "Nissan" markalı maşınlara, daha sonra isə yol kənarındakı arakəsmələrə çırpılıblar.

 

Hadisəni törədən sərxoş sürücü maşınını ataraq ərazidən uzaqlaşıb. Zəncirvari qəza xəsarətsiz ötüşməyib. VAZ-2104 və "Tofaş" markalı avtomobillərdə olan iki sərnişin xəsarət alıb.

 

Qəza Azadlıq prospektində sıxlığa səbəb olub. Yalnız qəzaya uğrayan maşınlar evakuasiya edildikdən sonra yolda avtomobillərin normal hərəkətini bərpa etmək mümkün olub.

 

Faktı Binəqədi Rayon Polis İdarəsi araşdırır.

 

Müəllif | Apa.Tv