Bakıda maşın dirəyə çırpıldı: 3 ağır yaralı
Bakıda yüksək sürət ağır yol qəzasına səbəb olub. APA TV-nin məlumatına görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yusif Səfərov küçəsi ilə hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində işıq dirəyinə çırpılıb.
Zərbə o qədər güclü olub ki, işıq dirəyi yerində qoparaq, yola aşıb.
Qəza nəticəsində sürücü də daxil olmaqla 3 nəfər xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Yaralılar deformasiyaya uğramış avtomobildən çıxarılıblar və təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya aparılıb.
Xəstəxanadan APA TV-yə verilən məlumata görə, hər üç yaralının vəziyyəti ağırdır. Onların şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığından, ad və soyadlarını hələlik dəqiqləşdirmək mümkün olmayıb.
Yol-nəqliyyat hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.