17 yaşlı oğlan yeniyetmə qonşusunu bıçaqladı

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, rayonun Balakənd sakini, 17 yaşlı Ramiz Zamanovla qonşusu, 16 yaşlı Ələmdar Əhmədzadə arasında mübahisə yaranıb. Ramiz Zamanov söyüş söydüyünə görə qonşusunu mətbəx bıçağı ilə onun kürək və sağ döş qəfəs nahiyəsindən bıçaqlayıb. Yaralı dərhal Şirvan Şəhər Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb.Yetkinlik yaşına çatmayan Ramiz Zamanov polis tərəfindən saxlanılıb. Faktla  bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı