Rusiya Azərbaycana 12 döyüş helikopteri göndərib


Rusiyanın "Rosvertol" ASC 2013-cü ildə Azərbaycana 12 ədəd Mi-35M döyüş helikopteri göndərib. APA-nın məlumatına görə, bu barədə "Rosvertol" ASC-nin illik hesabatında bildirilib. Azərbaycanın sifarişi 8,46 milyard rubl təşkil edib. Şirkət ümumilikdə ötən il müştərilərinə 28 ədəd Mi-35M və 1 ədəd Mi-35MS helikopterinin çatdırılmasını təmin edib. Bunlardan 12 helikopter Azərbaycana, 4-ü İraqa ixrac olunub. Qalanlarını isə Rusiya Silahlı Qüvvələrinin silahlı qüvvələrinin sifarişi təşkil edib. Qeyd edək ki, Azərbaycanla Rusiya arasında 24 ədəd Mi-35M helkiopterinin alqı-satqısına dair müqavilə 2010-cu ilin sentyabrında bağlanıb. Helikopterlərin ilk partiyası Bakıya 2011-ci ilin dekabr ayında gətirilib. Cari ilin əvvəlində isə verilmiş sifariş üzrə döyüş helikopterlərinin çatdırılması yekunlaşıb.

 

Müəllif | Apa.Tv
Apa.tv