90 yaşlı Corc Buş paraşütlə belə tullandı - REAL GÖRÜNTÜ

Amerikanın keçmiş prezidenti ata Corc Buş 90 illik yubileyini paraşütdən tullanaraq qeyd edib. APA TV-nin məlumatına görə, parkinson xəstəliyindən əziyyət çəkən və əlil arabasında yeriməyə məcbur olan eks-prezident professional paraşütçü Mayk Elliotla birlikdə iki yəhərli velosipeddə atlayıb. Men ştatındakı evinə yaxın bir yerdə yerə düşən ata Buşu həyat yoldaşı Barbara və oğlu Buş qarşılayıb. Bu, Buşun paraşütdən 8-ci tullanışıdır. Birinci dəfə o, İkinci Dünya müharibəsi zamanı Sakit okean üzərində təyyarəsi vurulduğuna görə, tullanmaq məcburiyyətində qalıb. O, 80 və 85 illik yubileylərini də paraşütdən tullanaraq qeyd edib. 

Müəllif | Apa.Tv
Apa.tv