Bakıda 16 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib kameraya çəkən iki nəfər yaxalandı


Paytaxtın Bakıxanov qəsəbəsində iki nəfər 16 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər törədib. Bu barədə Vesti.az-a Sabunçu rayon 13-cü polis bölməsindən məlumat verilib. Hadisəni törətməkdə şübhəli bilinənlər saxlanılıb. Onların adları istintaq sirri olduğundan açıqlanmır. Zərərçəkən qızın məktəbi təzə bitirdiyi və saxlanılanlardan birinin onun sinif yoldaşı olduğu bildirilir. Digər tutulan şəxsin isə 25 yaşı var və o, artıq bir dəfə məhkumluq  həyatı yaşayıb. Bildirilir ki, 16 yaşlı qız repititor yanına gedərkən küçədə onun qarşısına sinif yoldaşı çıxıb. Onların qısa söhbəti zamanı qız oğlana bildirib ki, bel ətrafına tatuaj etdirmək istəyir. Oğlan isə onda tatuaj aparatının olduğunu deyib və sinif yoldaşına köməyini təklif edib. 16 yaşlı qız ondan yalnız apparatı istəyib və özü bunu edə biləcəyini deyib. Oğlan aparatın evdə olduğunu və sinif yoldaşına onunla birgə evə qalxmağı təklif edib. Heç nədən şübhələnməyən qız sinif yoldaşı ilə evə qalxıb. Evdə isə onu əvvəllər məhkum olunmuş şəxsin gözlədiyi bildirilir. Evə girdikdən sonra oğlanlar qızı bıçaqla qorxudaraq ondan soyunmasını istəyiblər. Bundan sonra onlar qıza qarşı seksual xarakterli alçaldıcı hərəkətlər edib və bunu 4 saat ərzində mobil telefonun kamerasına çəkiblər. Qızın evə gec gəlməsindən narahat olan valideynləri polisə müraciət ediblər. Polis onlarla birlikdə axtarışa başlayıb. Tezliklə ərazidə yaşayan sakinlərin köməyi ilə onlar hadisənin baş verdiyi mənzilin qarşısına gəliblər. Cinayəti törədənlər yaxalanıblar, qız isə valideynlərinə təhvil verilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 152 (seksual xarakterli hərəkətlərə yol vermə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv