İstirahət günlərində hava necə olacaq?

Yaxın iki gün ərzində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA TV-yə verdiyi məlumata görə, iyunun 13-dən 14-ə keçən gecə yağış yağacağı, səhər kəsiləcəyi, gündüz mülayim cənub küləyi əsəcəyi proqnozlaşdırılır. havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə olacaq.

 

Respublikanın ayrı-ayrı bölgələrində yağışın kəsiləcəyi, gün ərzində yağmursuz keçəcəyi, axşam saatlarında Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısa müdətli yağış yağacağı ehtimal olunur. CƏnub Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 30-35, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.

 

Müəllif | Apa.Tv