Cəmil Çiçək: "Qarabağ münaqişəsi təkcə Azərbaycanın məsələsi deyil"

Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) 5-ci plenar sessiyası iclası keçirilir. APA TV-nin xəbərinə görə,  Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov çıxışında deyib ki, təşkilat ölkələrin qarşılıqlı inteqrasiyasına kömək edəcək və ölkələrimizin qarşısında duran başlıca problemlərin aradan qaldırmasına imkan yaradacaq. Azərbaycanın uzun illərdir, Ermənistanın təcavüzündən və işğalçılıq siyasətindən əziyyət çəkdiyini deyən O.Əsədov işğal faktının regional və dünya təhlükəsizliyi üçün ciddi təhdidolduğunu söyləyib. O, münaqişənin nizama salması məsələsində Bakının mövqeyini dəstəkləyən bütün ölkələrə və beynəlxalq təşkilatlara minnətdarlığını bildirib.

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək isə bildirib ki, Azərbaycanın işğal altında olan torpaqları Türkiyənin gündəmindəki ən önəmli məsələlərdəndir. Cəmil Çiçək bu münaqişənin təkcə Azərbaycanın deyil, həm də türk dünyasının, o cümlədən qardaş və dost Türkiyənin məsələsi olduğunu deyib. Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini tapmalıdır: "Türkiyə olaraq Azərbaycanın işğal altındakı torpaqlarının dərhal azad olunmasını bütün beynəlxalq platformalarda gündəmə gətiririk. Bundan sonra da torpaqlar bir an öncə işğaldan azad olunana qədər Azərbaycanın ərazi bütövlüyünün təmin olunması bizim gündəmimizin əsas mövzusu olacaq”.

 

O vurğulayıb ki, TÜRKPA fəaliyyət göstərdiyi müddətdə böyük addımlar atsa da, qurum daxilində əlaqələrin daha da güclənməsinə ehtiyac var.

 

Müəllif | Apa.Tv