Xaçmazda kişi özünü bıçaqladı

Xaçmaz rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qobuqırağı kəndində qeydə alınıb. Kənd sakini 38 yaşlı Sevindik Seyidəliyev bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Xəsarət alan şəxs polis əməkdaşlarına öz-özünü bıçaqladığını deyib. Hadisənin dəqiq başvermə səbəbləri Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır. 

Müəllif | Apa.Tv
Vəli Turan