Marneulinin icra başçısı azərbaycanlı ola bilər

Gürcüstanın hakim "Gürcü arzusu" partiyası öz namizədi Merab Topşişvilinin Maneuli icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə namizədliyini 2 azərbaycanlının xeyrinə geri çəkib. APA TV-nin xəbərinə görə, buna səbəb gürcülərlə azərbaycanlılar arasında etnik zəmində gərginliyin qarşısının almaq göstərilir. Hazırda ərazidə ən nüfuzlu namizəd "Vahid Milli Hərəkat" Partiyasından Əhməd İmamquliyevdir. Onun əsas rəqibinin isə Nino Burcanadzenin partiyasından namizədliyini irəli sürmüş Rəşid Məmmədovun olacağı gözlənilir. Beləliklə, Gürcüstanın dövlət müstəqilliyi əldə etdiyi vaxtdan bəri ilk dəfə Marneulini azərbaycanlı idarə edə bilər. Azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda isə  "Gürcüstan vətənpərvərləri və güclü veteranları siyasi hərəkatı"ndan azərbaycanlı Telman Həsənovun namizədliyi irəli sürülüb.

 

Müəllif | Apa.Tv