Tanınmış vəkil Kərim Yıdız AİHM-də xocalılıların hüquqlarını müdafiə edəcək

Xocalı soyqırımını törədənlərin beynəlxalq məhkəməyə verilməsi üçün hazırlıqlara başlanılıb. APA TV-nin xəbərinə görə, Laçın rayonunun 6 sakininə Ermənistanın hərbi təcavüzü nəticəsində dəyən maddi və mənəvi ziyana görə Avropa İnsan Haqları Məhkəməsində cinayət işinin açılmasına, işğalçı dövlətə qarşı qərar verilməsinə nail olan məşhur hüquq müdafiəçisi Kərim Yıldızın dəstəyi ilə Xocalı soyqırımını törədənlərin beynəlxalq məhkəməyə verilməsi üçün hazırlıqlar görülür. Hadisə şahidlərinin ifadələri alınıb, zəruri sənədlər avropalı vəkillərə göndərilib. “Xocalı Soyqırımını Tanıtma” İB-nin sədri Şamil Sabiroğlu deyib ki, erməni terrorçuları Xocalıda törətdikləri soyqırımına görə beynəlxalq məhkəmədə cavab verməlidirlər.


“Rojhat” Azərbaycan Kürd Gənclər Təşkilatının sədri, məcburi köçkün Nicat Cəbrayılov Avropanın tanınmış vəkillərindən olan kürd əsilli Kərim Yıldızın 6 Laçın sakinini  beynəlxalq məhkəmədə müdafiə etdiyini, onunların qalib gəlməsinə nail olduğunu deyib. Bu işdə də  Kərim Yıldızla əməkdaşlıq ediləcək.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova