Şair Vidadi Tağızadə canlı yayımda vəfat etdi

Telejurnalist, şair Vidadi Tağızadə dünyasını dəyişib. APA TV-nin məlumatına görə, Sumqayıtın ''Dünya TV"də canlı olaraq yayımlanan ''Bu sabah'' verilişində şairin vəziyyəti qəflətən pisləşib və keçinib. Onun vəziyyətinin ağırlaşdığını görən verilişin aparıcısı rejissordan tez klipə keçid almağı xahiş edib. Bu zaman isə şair dünyasını dəyişib. Vidadi Tağızadə 1954-cü ildə  Ağcabədi rayonu Şərəfxanlı kəndində anadan olub. 1982-ci ildə Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib.  10 il Ağcabədi rayonu Hindarx kənd orta məktəbində rus dili müəllimi işləyib.  Vidadi Tağızadə 25 ildən çox respublika mətbuatında müxtəlif səpkili yazılarla çıxış edib. Mərhum üç kitab müəllifi idi.

 

Müəllif | Apa.Tv
Apa.tv