Kürdəmirdə özünü "vorzakon" kimi təqdim edən şəxs tutulub

Kürdəmirdə özünü "qanuni oğru" kimi təqdim edən şəxs tutulub. APA TV-nin məlumatına görə, əvvələr 2 dəfə məhkumluq həyatı yaşayan Kürdəmir rayon Atakişili kənd sakini Ramin İslamova məxsus avtomobildən 10 qram, evindən 8 qram marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitəni özünün istifadə etməsi üçün əldə etdiyini desə də, başqa adamlara narkotik satdığı müəyyənləşib.

 

Fakta bağlı Kürdəmir rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov