Gədəbəydə gözəllik salonunda 28 yaşlı qadının başını kəsiblər - YENİLƏNİB

 

Azərbaycanda dəhşətli qətl hadisəsi baş verib. Gədəbəy Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayon mərkəzində yerləşən gözəllik salonlarının birində qeydə alınıb. Rayonun Slavyanka kənd sakini, 1981-ci il təvəllüdlü Qasımov Elçin Fəxrəddin oğlu keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib. Qətlin motivi hələlik məlum deyil. Hazırda qətli törədən şəxsin axtarışı davam edir. Qeyd edək ki, adı çəkilən şəxslər ötən il boşanıblar, onların bir övladlarının olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

  

Müəllif | Apa.Tv
Azər Məmmədli