Şəmkirdə qardaş bacısını qətlə yetirdi


Şəmkirdə 33 yaşlı qadın qətlə yetirilib. Şəmkir rayon Prokurorluğundan APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Çaparlı kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Tağılı Nəsibə Akif qızı yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib. Şəmkir rayon Prokurorluğunun əməkdaşlarının apardığı araşdırmadan sonra qadının qardaşı tərəfindən öldürüldüyü məlum olub. 25 yaşlı Adil Tağılı bacısını yaşadığı evdə bıçaqlayaraq qətlə yetirib. Məlumata görə, Nəsibə Tağılı azyaşlı bacısı qızı ilə bir yerdə yaşayırmış. Faktla bağlı cinayət işi açılıb. İstintaq aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli