Azərbaycan prezidenti Cəmil Çiçəyi qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Cəmil Çiçək Azərbaycanın təşəbbüsü ilə Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması haqqında qəbul olunan qərarın önəmini qeyd edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, enerji, nəqliyyat, birgə layihələr və digər istiqamətlərdə əməkdaşlığımızın yüksək səviyyədə olduğu bildirilib.
Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulanaraq bu baxımdan Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının Bakıda keçirilən növbəti iclasının səmərəli olacağına əminlik ifadə edilib.
 

Müəllif | Apa.Tv
Apa.tv