Sabunçu körpüsündə zəncirvari qəza: "Mercedes" "Vaz 2107" və sərnişin avtobusu toqquşdu

Bakının Sabunçu rayonunda qəza baş verib. APA TV-nin məlumatına görə, qəza Sabunçu körpüsünün üzərində qeydə alınıb. Nəqliyyatın intensiv olduğu vaxt yüksək sürətlə hərəkət edən "Mercedes" "Vaz 2107"-ni arxadan vurub. Zərbənin təsirindən "VAZ 2107" hərəkət halında olan sərnişin avtobusuna çırpılıb. Qəzada xəsarətə alan olmasa da, maşınlara ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya yüksək sürət səbəb olub.  Qəzaya görə körpünü üzərində tıxac yarandığından avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıblar. Faktla bağlı Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv