"A" qrupunun ikinci matçı: Meksika 1: Kamerun 0

Braziliyada keçirilən Dünya Çempionatında "A" qrupunun ikinci qarşılaşması baş tutub. APA TV-nin məlumatına görə, "Arena das dunas" arenasında Meksika ilə Kamerun millisi qarşı-qarşıya gəliblər. Vilmar Roldanın hakimlik etdiyi oyunun birinci hissəsi olduqca gərgin keçib. Fasiləyə  komandalar heç-heçə gediblər.

Matçın ikinci yarısı da gərgin keçib. 61-ci dəqiqədə hesab açılıb və Meksika irəli keçib. Qolu  Şimali Amerikalı oyunçu Oribe Peralta vurub.

Qarşılaşmasının növbəti dəqiqələrində qol vurulmayıb və matç Meksika millisinin qələbəsi ilə başa çatıb.

 

 

Müəllif | Apa.Tv