İspaniya biabırçı şəkildə məğlub oldu! İspaniya 1-5 Hollandiya

Braziliyada Dünya Çempionatının "B" qrupunun ilk oyunu keçirilib. APA TV-nin məlumatına görə, "Arena Fonte Nova" stadionunda baş tutan oyunda Hollandiya ilə İspaniya millisi qarşılaşıblar. Matçın 8-ci dəqiqəsində Sneyderin zərbəsi boşa çıxıb.

27-ci dəqiqədə hakim Hollandiya millisinin qapısına penalti təyin edib və Xavi Alonso bu imkandan yararlanıb - 1:0.

 

42-ci dəqiqədə İspaniya millisinin oyunçusu Silva qolu qaçırıb. Daha sorna Hollandiya millisi hesabı bərabərləşdirib. Robin van Persi 44-cü dəqiqədə bərabərlik qolunu vurub. Beləliklə, komandalar fasiləyə 1:1 hesabı ilə yollanıblar.

 

Fasilədən sonra Hollandiya millisi hesabda irəli çıxıb. 53-cü dəqiqədə Robben komandasının ikinci qolunu vurub.

 

11 dəqiqə sonra Hollandiya millisi İspaniya yığması ilə qarşılaşmada hesabı 3:1-ə çatdırıb. Qolu 64-cü dəqiqədə Stefan de Vrij vurub.

 

Hollandiya millisi bununla yetinməyib.  Robin van Persi özünün ikinci, komandasının dördüncü qolunu vurub.

 

Oyunun sonlarına yaxın böyük ruh düşkünlüyü yaşayan İspaniya qapısından 5-ci top keçib. Robben 80-ci dəqiqədə özünün ikinci komandasının 5-ci qoluna imza atıb.

 

Beləliklə DÇ-nın "B" qrupunun ilk oyunu Holandiyanın qələbəsi ilə başa çatıb.

 

Müəllif | Apa.Tv